Ramiz Mehdiyevin istefası qəbul edilib, AMEA prezidenti vəzifəsi Arif Həşimova həvalə olunub – VİDEO
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.
Xezerxeber.az xəbər verir ki, Ümumi yığıncaqda AMEA prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA prezidentinin səlahiyyətlərinin birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunub.
Yığıncaqda Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsindən azad edilməsi ilə bağlı açıq səsvermə keçirilib. Səsvermənin yekunu olaraq Ramiz Mehdiyevin müraciəti qəbul olunub.
Qərar qəbul edildikdən sonra AMEA prezidentinin funksiyalarının icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.
Qeyd edək ki, Akademiyanın yeni prezident növbəti ümumi yığıncaqda seçiləcək. Ümumi yığıncaq bu ilin aprel ayında keçiriləcək.
Xatırladaq ki, Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı.

