Region Xəbərləri 

Azad edilmiş torpaqlarda bütün tarixi və dini abidələr bərpa olunacaqdır.

Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan ermənilərin Qarabağda və ətraf rayonlarda törətdikləri dağıntıların miqyası hər kəsə məlumdur. Bu ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Məsələn Ağdam rayonunda bir dənə də olsun salamat bina yoxdur. Təkcə yarıdağılmış Ağdam məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər.
Azad edilən ərazilərdə aparılan quruculuq işlərinin mühüm bir istiqamətini dağıntılara məruz qalan tarixi-memarlıq komplekslərinin bərpa və konservasiyasıdır. Bu abidələr təkcə maddi-mədəniyyət nümunələri deyil, həm də mənəviyyat tariximizin parlaq inciləridir.
Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır.
Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. Fondun işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfədir.

Daha çox xəbərlər