Siyasət 

Kiyev küçələrində Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırıldı – FOTO

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə Kiyev şəhərinin mərkəzi küçələrində Xocalı soyqırımından bəhs edən lövhələr quraşdırılıb.

Aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutub.

Lövhələrin quraşdırılmasında məqsəd Ukrayna ictimaiyyətinə və xarici vətəndaşlara Xocalı soyqırımı haqqında məlumat verməkdir.

 

Daha çox xəbərlər