Cəmiyyət 

Birinci vitse-prezidentin uğurlu fəaliyyətinin arxasında bilik, peşəkarlıq və əzmkarlıq dayanır

Bu gün dövlətlərin xarici siyasətində effektiv nəticələr əldə etməsini şərtləndirən əsas amillərdən biri “Yumşaq güc” siyasətinin uğurla aparılmasıdır. Bu mənada deyə bilərik ki, Birinci vitse-prezident “Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür.

Şəqrlə Qərbin geosiyasi kəsişməsində yerləşən Azərbaycan daim xarici təzyiqlərə məruz qalıb. Bu səbəbdən də Azərbaycana dost ölkələrin sayının artması strateji əhəmiyyət daşıyır. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Birinci vitse-prezidentin misilsiz xidmətləri var. Artıq Mehriban xanım Əliyevanın humanizmi özündə ehtiva edən siyasəti bütün dünyada tanınınır və bu amil Azərbaycana olan rəğbəti daha da artırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Onun Prezidenti olduğu Heydər Əliyev Fondu Azərbaycanın humanitar və mədəni diplomatiyasının aparılmasında mühüm rol oynayır. Dünyanın bir çox dövlətlərində həyata keçirilən xeyriyyəçilik və mədəni tədbirlər olduqca mühüm və uzaqgörən siyasətin tərkib hissəsidir. Dünyada Azərbaycanın təqdimatı və təbliğini özündə ehtiva edən bu kimi çoxsaylı addımlar ölkəmizin nüfuzunun yüksəlməsinə, dostlarının sayının artmasına xidmət etməklə yanaşı, eyni zamanda erməni lobbisinin uzun illər milyardlarla vəsait xərcləyərək bir çox ölkələrdə Azərbaycan və azərbaycanlılarla bağlı yaradılmış yanlış təsəvvürləri darmadağın edir. Onu da nəzərinizə çatdırım ki, bu fəaliyyət təkcə xeyriyyə tədbirləri, siyasi və mədəni sahədə fəaliyyətlə məhdudlaşmır.

Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər də gələcəyimiz üçün vacib əhəmiyyət daşıyan strateji məqsədlərə xidmət edir. Artıq Azərbaycan dünyada öz dəsti-xətti ilə seçilir və mədəniyyətlərarası dialoq ünvanlarının ön sıralarında yer alır.

Təsadüfi deyil ki, bu gün Mehriban xanım Əliyeva çoxsaylı dövlət mükfatlarına layiq görülüb. İlk sırada Azərbaycanın ən ali dövlət mükafatlarını – “Heydər Əliyev” ordenini və Heydər Əliyev Mükafatını xüsusilə vurğulamaq istəyirəm.

Bundan başqa Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı və digər yüeksək səviyyəli mükafatları qeyd edə bilərik.

Bütün bunlar təsadüfən əldə edilmir. Bu uğurun arxasında bilik, peşəkarlıq, əzmkarlıqla yanaşı yüksək mədəniyyət, humanizm və digər insani keyfiyyətlər dayanır.

Teymur Babazadə,

YAP Lənkəran rayon təşkilatı Gənclər Birliyinin sədri

Daha çox xəbərlər