Dünya 

Qırxdan çox balıqçının olduğu buzlaq sahildən qopdu

Rusiyanın Xabarovsk diyarında üzərində balıqçıların olduğu iri buzlaq sahəsi sahildən qopub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi bildirib.

Qeyd olunur ki, buzlağın üzərində 46 balıqçı və 24 avtomobil var. Hadisə yerinə xilasedici dəstə göndərilib.

Məlumatlara əsasən, axın buzlağı avtomobil yolunun olmadığı digər sahilə aparıb. Hadisə yerində təxliyə işləri aparılır.

Daha çox xəbərlər