Avropa Komissiyasının sədri Ursula von der Leyen çərşənbə axşamı qondarma “DXR” və “LXR” tanınmasının beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulması olduğunu bildirib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, o bu barədə öz rəsmi “Twitter” səhifəsində yazıb.
“Aİ və onun tərəfdaşları Ukrayna ilə həmrəylik göstərərək, birlik və qətiyyətlə cavab verəcək”, – o, bildirib.
