Dünya 

Zelenski Ukrayna xalqına müraciət edib

Ukrayna prezidenti Volodimir Zelenski “DXR” və “LXR”in “müstəqilliyi”nin Rusiya tərəfindən tanımasından sonra xalqa müraciət edib.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, Zelenski ölkəsinin ərazi bütövlüyü və suverenliyinin pozulduğunu bildirib.

Dövlət başçısı qeyd edib ki, bu tanınma ilə Rusiyanın Minsk razılaşması və Normandiya formatından çıxdığını göstərir və münaqişənin sülh yolu ilə həllinə mane olur.

Bununla belə, dövlət başçısı çıxışına nikbin notlarla yekun vurub: “Yuxusuz gecə üçün səbəb yoxdur”, deyə Zelenski vurğulayıb.

Daha çox xəbərlər