Dünya 

Ukraynanın sərhədləri dəyişməz olaraq qalacaq – Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməz qalacağına əmin edib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, Ukrayna dövlət başçısı bunu videomüraciətində söyləyib.

“Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq”, – V.Zelenski qeyd edib.

Dövlət başçısı həmçinin qeyd edib ki, ukraynalılar sakitdirlər və özünəinamı itirməyiblər.

“Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim – siz bir daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdırlar. Və hər şeyə baxmayaraq, soyuqqanlılığı saxlayır, sakit, balanslı reaksiya verir”, – Ukrayna prezidenti vurğulayıb.

Daha çox xəbərlər