Gündəm 

Mehriban Əliyeva fenomeni – birinci vitse-prezidentin 5 ili necə dəyərləndirildi?

Fevralın 21-də Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti postuna təyin edilməsindən 5 il ötdü. Mehriban Əliyevanın bu posta gəlişi ölkədə xeyli islahatlarla müşayiət olundu. Faktiki, yeni iqtidar komandası formalaşdı. Xaricdə təhsil almış bir neçə dil bilən gənclər müxtəlif sahələrdə vəzifələrə irəli çəkildilər. Ölkə Mehdiyev-Həsənov tandemindən qurtuldu.

Mehriban xanımın 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyəti də, şəhid ailələrinə, qazilərə, müharibədən zərər çəkmiş mülkü şəxslərə qayğısı, diqqəti, həssaslığı da hər zaman özünü göstərib.

M.Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi ən çox humanitar fəaliyyəti ilə insanların rəğbətini qazanıb. Vətəndaşın əli, ümidi hər yerdən üzüləndə fonda etdiyi müraciətləri cavabsız qalmayıb: xəstəsi olan şəfa, imkanı olmayan ruzi tapıb.

Deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, birinci vitse-prezident təyin olunandan indiyə qədər 5 il müddətdə Mehriban xanım Əliyeva həm Azərbaycanda, həm ölkəmizdən kənarda kifayət qədər böyük işlər görüb. Mədəni, sosial sahədə, təhsil sahəsində çox mühüm işlərin müəllifi olub. Şəhid ailələrinin, qazilərin, məcburi köçkünlərin sosial məsələlərinin həllində böyük işlər həyata keçirib. Vətən müharibəsində sağlamlığın itirən qazilərimizin xaricdə müalicə olunması kimi son dərəcə vacib işlərin reallaşdırılmasında Mehriban xanımın həyata keçirdiyi işlərin dəyəri isə ölçüyə gəlməzdir: “Mehriban Əliyevanın sosial, humanitar yönümlü fəaliyyəti o dərəcədə geniş miqyaslıdır ki, saymaqla qurtaran deyil. Bir sıra xarici ölkələrdə həyata keçirdiyi sosial, humanitar layihələr Azərbaycana həmin ölkələrin münasibətində çox mühüm amilə çevrilib. Bu cür layihələr dövlətlər arasındakı münasibətlərə öz müsbət təsirini göstərir. 44 günlük müharibə dövründə Azərbaycanın əleyhinə bir-iki dövlət istisna olmaqla, dünyada heç bir dövlət çıxış eləmədi. Burada Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasətlə yanaşı, Mehriban xanım Əliyevanın qeyd etdiyim fəaliyyətinin də xidmətləri danılmazdır. Azərbaycan xalqının içərisində onun hələ birinci vitse-prezident təyin olunmazdan öncə də böyük nüfuzu var idi. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə isə xalqın ona məhəbbəti daha da artdı. Çünki Mehriban xanım daim sadə insanların yanındadır.

Vahid Əhmədov: “İdman mərc oyunlarında şəffaflıq sıfır səviyyədədir” |  Report.az

Vahid Əhmədov: “Kadr islahatları kimi vacib bir işdə onun dəstəyi, rolu bu işin uğurla aparılmasında danılmazdır”

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən quruculuq işləri, məktəb binalarının inşası, işğaldan azad edilən ərazilərimizdə fondun həyata keçirdiyi layihələr də Mehriban xanımın uğurlu fəaliyyətinin tərkib hissələrindəndir. Azərbaycan xalqı bütün bu işləri yüksək qiymətləndirir. Mehriban xanım Əliyeva Prezident İlham Əliyevlə birlikdə işğaldan azad edilən rayonlarımıza səfərlərdə iştirak edir. Birinci vitse-prezident kimi o, öz vəzifəsini bu istiqamətdə də məharətlə həyata keçirir. Birinci vitse-prezident kimi iqtisadi, siyasi məsələlərdə onun rəyi nəzərə alınır. Kadr təyinatlarından da görürəm ki, Mehriban xanım Əliyevanın təklif və fikirləri cənab Prezident tərəfindən qəbul olunur. Çünki uğurlu, vacib təkliflər irəli sürür. Təyin olunan kadrlar da kifayət qədər müasir tələblərə cavab verən kadrlardır. Kadr islahatları kimi vacib bir işdə Mehriban xanımın dəstəyi, rolu bu işin uğurla aparılmasında danılmazdır. Mən Mehriban xanım Əliyevaya fəaliyyətində uğurlar arzulayıram”.

Aydın Hüseynov: Dövlət tərəfindən görülmüş bütün işlər bir məqsəd güdür ki,  biz bu ağır, çətin vəziyyətdən

Aydın Hüseynov: “Milli dəyərlərə sadiqlik fəaliyyətinin prioritet istiqaməti olan Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və güclənməsi istiqamətində əzmkar fəaliyyət göstərir”

Deputat Aydın Hüseynov isə bildirdi ki, 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Mehriban xanım Əliyevanın birinci vitse-prezidenti təyin olunması idarəetmədə müasir çağırışlara uyğun, daha çevik və səmərəli fəaliyyətə şərait yaratdı: “Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. Təsadüfi deyil ki, bu gün Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir. Məhz Mehriban xanım Əliyevanın birinci vitse-prezidentlik fəaliyyəti dövlət idarəçilik sisteminə müasirlik qatıb və peşəkarlıq amilinin aktuallığını artırıb. Təbii ki, burada birinci vitse-prezident Mehriban xanım Əliyevanın xarizması, yüksək idarəçilik təcrübəsi mühüm rol oynayıb.

Mehriban xanım Əliyeva uzun illər humanist siyasəti, Azərbaycanın milli dəyərlərinin, mədəni irsinin qorunması və təbliğatının aparılmasındakı xidmətləri, eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə xalqımızın dərin sevgisini qazanıb. Birinci vitse-prezident kimi ilk müşavirəsini məcburi köçkünlərin problemlərinə həsr etməsi Mehriban xanım Əliyevanın xalqımızın həssas təbəqəsinə nə qədər diqqət və qayğı ilə yanaşdığını göstərir.

Bundan başqa, o, çoxsaylı uğurlu xarici səfərləri ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə nail olub. Bu mənada Mehriban Əliyeva həm də böyük diplomatdır.

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərə səfərləri zamanı Ali Baş Komandan İlham Əliyevlə birgə olan Mehriban xanım Əliyeva həm birinci vitse-prezident, həm də birinci xanım kimi missiyasını sədaqətlə yerinə yetirib.

Milli dəyərlərə sadiqlik fəaliyyətinin prioritet istiqaməti olan Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və güclənməsi istiqamətində əzmkar fəaliyyət göstərir. Ona cansağlığı və yorulmaz fəaliyyətində uğurlar arzulayıram”.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Babaoğlu: “Mehriban xanım Əliyeva idarəetmə tariximizdə keyfiyyətcə tamamilə yeni bir mərhələ yaratdı”

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması institusional baxımdan nə qədər əhəmiyyətli bir hadisə idisə, bu institutun idarəetmədə yeni funksional vahid kimi fəaliyyətinin təmin olunması da bir o qədər mühüm  əhəmiyyətli idi. Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamla Mehriban xanım Əliyevanın  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması bu yeni idarəetmə vahidinin səmərəli fəaliyyətinə zəmanət verən əsas faktor oldu: “Ötən beş illik idarəetmə təcrübəsi göstərdi ki, cəmiyyətdə institusional və struktural islahatlar nə qədər düzgün aparılsa da yeni modelin uğurlu olması böyük ölçüdə həm də kadrlardan asılı olur. Bu mənada Mehriban xanım Əliyevanın fəaliyyəti həm idarəetmənin yeni fəlsəfəsi, həm də yaradılan qurumun funksionallığı baxımından idarəetmə tariximizdə keyfiyyətcə tamamilə yeni bir mərhələ yaratdı. Bu keyfiyyət mərhələsinin ən səciyyəvi xüsusiyyəti isə vətəndaşların dövlətə və idarəetmə institutlarına inam və etimadın artırılması oldu. Çünki dövlət  və vətəndaş arasında inam və etimadın olması təkcə vətəndaş məmnunluğunun yaranması hadisəsi deyil, həm də dövlətin güclənməsi hadisəsidir. Güclü dövlət isə nəticə etibarilə hamımızın şahidi olduğumuz tarixi qələbələrimizin rəhninə çevrilir. Bu mənada Mehriban xanım Əliyevanın birinci vitse-prezident kimi xidmətləri, sadəcə, yaxşı idarəetmə təcrübəsi, yaxud nümunəsi  kimi deyil, həm də milli dövlətçiliyimizin inkişafına və möhkəmlənməsinə  töhfə verən müstəsna strateji sosial faktor kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın idarəetmə formasının xüsusiyyətlərinə gəldikdə isə bu çoxvektorlu və novatorçu idarəetmə kimi səciyələndirilə bilər. Məsələn, birinci vitse-prezidentlik institutu vətəndaşların problemlərinin həllində, idarəetmənin operativ və səmərəli təşkil edilməsində nə qədər uğurludursa, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında, humanitar-mədəni sahədə dəyərlərimizin ən müxtəlif beynəlxalq təşkilatlara ən başarılı şəkildə təqdim olunmasında da bir o qədər uğurludur. Ən mühüm məsələlərdən biri isə hakimiyyətlə təmasın,  yaxud vətəndaşın dövətlə ünsiyyətinin  hər bir vətəndaş üçün əlçatan edilməsidir. Ona görə də birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir”.

Siyavuş Novruzov Naxçıvanı nümunə göstərdi: "Digər bölgələrimizdə də tətbiq  edilsə..." » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər  və müsahibələrin tək ünvanı

Siyavuş Novruzov: “Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycan naminə yorulmaz fəaliyyət göstərir, böyük işlərə və tarixi nailiyyətlərə imza atır”

Deputat Siyavuş Novruzov isə özünün sosial şəbəkədəki səhifəsində qeyd edib ki, Mehriban xanım Əliyeva dövlət başçısının etimadını, xalqın isə inamını doğruldan parlaq şəxsiyyətdir: “Müstəqil Azərbaycanın siyasi həyatı mühüm və əlamətdar hadisələrlə zəngindir. Bunlardan biri də beş il əvvəl – 21 fevral 2017-ci il tarixində Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında respublikamızın birinci vitse-prezidenti təyin olunmasıdır.

Mehriban xanım Əliyeva ölkə başçısının inam və etimadını layiqincə doğruldaraq birinci vitse-prezident kimi öz üzərinə düşən vəzifələri şərəflə, ləyaqətlə yerinə yetirir. Onun rəhbərliyi ilə görülən işlər – həyata keçirilən layihələr Azərbaycanın inkişafı, xalqımızın rifahının artması, milli həmrəyliyin güclənməsi, dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın birinci vitse-prezident kimi uğurlu və genişmiqyaslı fəaliyyəti, həmçinin idarəetmədə çevikliyin və funksionallığın artırılması baxımından böyük önəm daşıyır.

Əlbəttə, Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin edilməsi təsadüfi deyil, sözün əsl mənasında, ictimai sifarişə əsaslanıb. Çünki o, həmin vaxta qədər müxtəlif vəzifələrdə uğurla fəaliyyət göstərərək xalqın – milyonların sevgisini, rəğbətini qazanmışdı, Azərbaycanın inkişafına mühüm töhfələr vermişdi”.

Deputat bildirib ki, bu gün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər Vətən müharibəsində qazanılmış qələbənin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışın – layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, postmüharibə reallıqlarının beynəlxalq aləmə çatdırılması baxımından çox önəmlidir: “Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi Azərbaycan naminə yorulmaz fəaliyyət göstərir, böyük işlərə və tarixi nailiyyətlərə imza atır”.

Daha çox xəbərlər