Hadisə 

Bakıda kişi güllələndi: Saxlanılan var

Bakının Suraxanı rayonunda güllələnmə hadisəsi baş verib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilib. Ondan “Escort” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə cinayət işi başlanıb.

Daha çox xəbərlər