Gündəm 

İlk ödənişli yolun istifadəyə veriləcəyi vaxt açıqlandı

Azərbaycanda inşa edilən ilk ödənişli magistral avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə Agentlik sədri Saleh Məmmədov bu gün keçirilən mətbuat konfransında məlumat verib. O bildirib ki, 152 kilometrlik Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi davam etdirilir.

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun tikintisi, həmçinin M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi 2022-ci ildə yekunlaşdırılması planlaşdırılır”,-deyə Saleh Məmmədov bildirib.

Daha çox xəbərlər