Hadisə 

Tovuzda yaşayış evində partlayış: Xəsarət alan var

Tovuz rayonunda yaşayış evlərindən birində partlayış olub.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Qazıqulu kəndində baş verib.

Belə ki, ikimərtəbəli, yeddiotaqlı evin birinci mərtəbəsində partlayış olub.

Baş verən hadisə zamanı 1959-cu il təvəllüdlü Pəri Şəbiyeva üçüncü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər