İdman 

Yardımlı Olimpiya Kompleksinə direktor axtarılır

Gənclər və İdman Nazirliyi “Yardımlı Olimpiya İdman Kompleksi” MMC-nin direktoru vəzifəsinə vakansiya elan edib.

ARANTV.AZ xəbər verir ki, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş stajı tələb olunur.

Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 5-dək müvafiq ünvana göndərməlidir.

Daha çox xəbərlər