Varşavada körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Fevralın 21-də Varşavanın Visla çayı üzərində yerləşən ən füsunkar körpülərindən olan Şlonsko-Donbrowski körpüsü Azərbaycan Respublikasının Dövlət Bayrağının çalarları ilə işıqlandırılıb.
Bu barədə “İki sahil”ə Azərbaycanın Polşadakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, təşəbbüs Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümün qeyd edilməsi məqsədilə baş tutub.

