Biz Rusiya İmperiyasının bərpası mövzusunda spekulyasiyaları ön görürdük – Putin
Rusiya Prezidenti Vladimir Putin Rusiya İmperiyasının bərpası barədə spekulyasiyaları təkzib edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Moskvada Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı qondarma “DXR” və “LXR”in tanınmasını şərh edərkən deyib.
“Biz Rusiya İmperiyasının bərpası mövzusunda spekulyasiyaları ön görürdük, bu, həqiqətə uyğun deyil”, – V.Putin deyib.

