İdman 

Olimpiadadakı fiqurlu konkisürmə üzrə ilk ispan cütlükdə dopinq aşkarlandı

Beynəlxalq Test Agentliyinin (ITA) məlumatına görə, ispaniyalı fiqurlu konkisürən Laura Barquero 2022-ci il Olimpiadası zamanı dopinqdən istifadə edib. Belə ki, onun labarator analizi müsbət nəticə verib.

İdmançının fevralın 18-də idman cütlərinin yarışındakı qısa proqramdan sonra verdiyi nümunədə qadağan olunmuş klostebol metaboliti tapılıb. Müsbət nəticə fevralın 21-də Pekindəki antidopinq laboratoriyası tərəfindən bildirilib. Barquero B nümunəsinin açılmasını tələb etmək hüququna malikdir.

Onun işi İdman Arbitraj Məhkəməsinin (CAS) Antidopinq Şöbəsinə göndəriləcək.

Pekin Oyunlarında Marko Sandronla birgə çıxış edən 20 yaşlı fiqurlu konkisürən 181,36 xalla 11-ci yeri tutub.

Qeyd edək ki, onlar idman cütlüklərinin yarışmasında ispaniyanı təmsil edən ilk idmançılar olublar.

Mənbə: lenta.ru

Daha çox xəbərlər