Bakıda avtomobil velosipedçini vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ “report”-a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbəsində velosipedlə hərəkətdə olan 1979-cu il təvəllüdlü İsmayılov Eldar Sabir oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.

