Bakıda avtomobil qadını vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ “report”-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil 1962-ci il təvəllüdlü Hüseynova Sədaqət Canan qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.

