Cəmiyyət 

Mədəniyyət Nazirliyi xüsusiləşdirilmiş mərkəzlərin yaradılmasını təklif edib

Mədəniyyət Nazirliyi yaradıcılıq sektorunun inkişafı üçün xüsusiləşdirilmiş mərkəzlər yarada bilər.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Yaradıcı sənayedə çağırıçlar və biznes imkanları” adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, kiçik sahibkarlar və bu sahədə fəaliyyət göstərən nümaynəndələr treninqlərin keçirilməsi üçün yerlər yaratmaq olar.

“Əgər layihə uğurlu olarsa, ictimaiyyət bu istiqamətlərlə maraqlanarsa, biz bu cür mərkəzləri musiqi və rəssamlıq məktəblərində yaradacağıq”, – deyə o bildirib.

Daha çox xəbərlər