Bakı-Qazax yolunda qəza olub, 10-a yaxın şəxs xəsarət alıb
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, mikroavtobusla minik maşınının toqquşması nəticəsində 10-a yaxın şəxs xəsarət alıb. Hadisə zamanı xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqaləyə dair fotomateriallar:



