Dünya 

Aİ Ukraynaya dair fövqəladə sammit keçirəcək

Fevralın 24-də Brüsseldə Avropa İttifaqının dövlət və hökumət başçılarının fövqəladə sammiti keçiriləcək.

Bu barədə çərşənbə günü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin İttifaqın 27 ölkəsinin liderinə ünvanladığı məktubda deyilir.

“Rusiya Federasiyasının təcavüzkar hərəkətləri beynəlxalq hüququ, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozur. Onlar həm də Avropanın təhlükəsizlik nizamını təhdid edir. Vahid və qətiyyətli qalmağımız, kollektiv yanaşma və fəaliyyətimizi birgə müəyyən etməyimiz vacibdir. Ona görə də mən Sizi fevralın 24-də Brüsseldə keçiriləcək və saat 20:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq Avropa Şurasının xüsusi iclasına dəvət etmək istərdim”, – deyə məktubda bildirilib.

Mənbə: TASS

Daha çox xəbərlər