Dünya 

Donbassda atəşkəs 1710 dəfə pozulub – ATƏT açıqladı

ATƏT-in Ukrayna üzrə Xüsusi Müşahidə Missiyası fevralın 22-də Donbasda separatçılarla Ukrayna ordusu arasında 1710 dəfə atəşkəs rejiminin pozulduğunu açıqlayıb.

ARANTV.AZ  “qafqazinfo”-ya istinadən xəbər verir ki, missiyanın dərc etdiyi hesabatda Donetsk vilayətində fevralın 22-də 345-i partlayış olmaqla 528 atəşkəs pozuntusu olduğu, ötən gün isə bölgədə 703 pozuntunun olduğu bildirilib.

Bu, daha çox Donetskin Horlivka və Şirokine bölgələrində baş verib.

Luqansk vilayətində 1182 qanun pozuntusu, o cümlədən 1075 partlayış baş verib, pozuntuların əksəriyyəti Kadiyivka, Stanitsya Luqanska və Zolote rayonlarında qeydə alınıb.

Daha çox xəbərlər