Dünya 

Finlandiya NATO-ya qoşulmaq istəyir

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Sanna Marin parlamentdə çıxışı zamanı deyib.

“Böyük müharibə təhlükəsi indi uzun illər ərzində heç vaxt olmadığı qədər realdır. Milli təhlükəsizlik məsələsi kəskinləşərsə, Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, Finlandiya parlamenti üç saat ərzində xarici siyasət və təhlükəsizlik siyasətini müzakirə edib.

Daha çox xəbərlər