Dünya 

Türkiyə Hava Yolları Ukraynaya bütün uçuşları ləğv edib – FOTO

Türkiyə Hava Yolları (THY) Ukraynaya bütün uçuşları ləğv edib.

Bu barədə aviaşirkətin baş direktoru Bilal Ekşi özünün “Twitter” hesabından bəyan edib.

“Ukraynanın hava məkanının bağlanması səbəbindən bu gün Ukraynaya olan bütün uçuşlarımız ləğv olundu”, – deyə məlumatda bildirilib.

THY-nin saytında isə Ukraynaya və Ukraynadan bilet alan sərnişinlərə biletləri dəyişdirmə, yaxud qaytarma haqqının verildiyi bildirilib.

Daha çox xəbərlər