Hadisə 

Ukraynada həbs edilən azərbaycanlı ekstradisiya olundu

Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən Azərbaycan vətəndaşı Adil Orucovun ekstradisiyası haqqında qərar qəbul edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə, ekstradisiya qurumun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında həyata keçirilib.

Bildirilib ki, Ağstafa rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Adil Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvar ayında barəsində həbs qətimkan tədbiri seçilib, fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Daha çox xəbərlər