Dünya 

İranda talanan milyardlar – VİDEO

Artıq on gündən çoxdur ki, İran İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni Sepahın ali komandanlığına daxil olan şəxslərin məxfi söhbətini ehtiva edən səs yazısı ölkə gündəmini zəbt edib.

Nüfuzlu beynəlxalq media qurumu tərəfindən yayımlanmış bu audio fayl Sepahda və ümumən İranın siyasi-hərbi elitasında strukturlaşmış korrupsiyaya dair önəmli məqamların üzərinə işıq salıb. Bu səbəbdən ölkənin bir çox rəsmi şəxsləri və tanınmış siyasətçiləri məsələni şərh edən açıqlamalar veriblər, hətta mövzunun geniş beynəlxalq rezonans doğurduğunu görən ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyi də fakta münasibət bildirməli olub. Onu da deyək ki, yayılandan iki gün sonra Sepahla bağlı Fars İnformasiya Agentliyi səs yazısının orijinallığını və həqiqiliyini təsdiqləyib.

Yayılan səs yazısı Sepahın keçmiş baş komandanı general Məhəmmədəli Cəfəri ilə onun iqtisadi məsələlər üzrə müavini Sadiq Zülqədrniya arasında təqribən 50 dəqiqəlik söhbəti əhatə edir. 2018-ci ildə baş tutmuş bu söhbətdə onlar Sepahın yuxarı eşelonlarında baş verən nəhəng korrupsiyanı müzakirə edirlər və işin qalmaqallı tərəfi budur ki, milyardlarla mənimsəmənin “qəhrəmanları” hələ də ölkə rəhbərliyində təmsil olunurlar.

Daha ətraflı süjetdə:

Daha çox xəbərlər