Cəmiyyət 

Ukraynada yaşayan azərbaycanlı: “Vəziyyət yaxşı deyil, insanlar şəhəri tərk edir” – VİDEO

Səhər saat 4 radələrindən Nikolayev şəhərinə də raket atılıb. Burada vəziyyət yaxşı deyil, insanlar şəhəri tərk edir.

Bu barədə Oxu.Az-a açıqlamasında Ukraynanın Nikolayev vilayətində yaşayan və xırda ticarətlə məşğul olan həmyerlimiz Sabir Şirinov məlumat verib.

O bildirib ki, Nikolayev şəhərindən 2-3 km aralıda yerləşən hərbi aerodrom partladılıb:

“Hələ ki raket atışları davam edir. Əsasən səhər sübh tezdən güclü atəşə tutuldu. Şəhərdə möhkəm partlayış səsləri eşidilir. Şəhərdən aralıdakı aerodrom partladılıb, insanlar arasında təlaş var. Şəhərdən çıxmağa cəhd edənlər çoxdur, maşınlar, yüzlərlə şəxs şəhəri tərk edir. Biz hələ şəhərdəyik. İnsanlar arasında ölən, yaralanan yoxdur.

Daha çox xəbərlər