Ukraynadan müharibə mənzərəsi: Top atəşi ilə dağıdılmış evlər, təlaşlı sakinlər… – VİDEO
Rusiyanın müharibə elan etdiyi Ukraynanın Mariupol şəhərindən yaşayış evlərinin dağıdılmış görüntüləri yayılıb.
Türkiyənin “TRT Haber” kanalının müxbiri hadisə yerindən canlı yayıma çıxıb.
Görüntülərdə bir tərəfdən top atəşi ilə dağıdılmış evlər, digər tərəfdən top səslərindən təlaşa düşən sakinlər əks olunur.
İnsanların bəziləri şəhəri tərk etsələr də, evlərindən çıxmayanlar da var.
Sakinlər arasında yaralıların olduğu bildirilir.
Həmin görüntüləri təqdim edirik:

