Region Xəbərləri 

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir təşkil edilmişdir.

Bərdə Regional Mədəniyyət İdarəsinin 2 nömrəli şəhər kitabxanasında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir təşkil edilmişdir.Tədbiri kitabxananın müdiri Nərgiz Cəferova aćaraq, erməni qəsbkarlarının xalqımızın başına gətirdiyi vəhşiliklərdən danışdı. Tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, istedadlı şair Aqşin Hacızadə, şəhid övladı və Xocalıdan olan sakinlər iştirak etdilər.Məktəblilər Xocalıya aid şeirlər səsləndirdilər.sonda tədbir iştirakçıları Xocalı soyqırımına aid hazırlanan sərgi ilə tanış oldular.

Daha çox xəbərlər