Region Xəbərləri 

Bərdədə 138 yaşlı məktəb binası uçmaq üzrədir – VİDEO

Bərdədə 138 yaşlı məktəb binası uçub dağılır. Rayonun Alpout kəndində bir zamanlar bəy malikanəsi kimi tikilib, sonradan məktəb binası kimi istifadəyə verilən həmin tikili son 70 ildə bir dəfə də olsun təmir olunmayıb. Binanın bir hissəsi tamamilə uçduğundan, dərs keçmək üçün həyətdə əlavə fərdi otaqlar təşkil olunub. Bəs görəsən 400-dən çox şagirdin təhsil aldığı məktəb üçün yeni bina tikiləcəkmi? Qarabağ bölgəsi üzrə müxbirimizi hazırladığı reportajı təqdim edirik.

Uçub dağılmaqda olan tavan, yararsız  döşəmə, qış aylarında odun sobası ilə çətinliklə qızdırılan sinif otaqları. Bura qəzalı vəziyyətdə olan Bərdə rayonunun Alpout kənd tam orta məktəbidir.

3 korpusdan ibarət olan məktəb 1884-ci ildə tikilən bəy evi olub. Sonradan bəy malikanəsi təhsil ocağı kimi istifadəyə verilib. 70 ildən çoxdur ki, fəaliyyət göstərən və istismar müddətini artıq başa vuran məktəb binası hazırda qəzalı vəziyyətdədir. Binanın bir korpusu tamamilə ilə uçub dağılıb.

Günün tələblərinə cavab verməyən məktəbdə 400-dən çox  şagird təhsil alır.  Digər korpusun  ikinci mərtəbəsində də dərslər  keçirilmir. Tədris üçün həyətdə əlavə fərdi otaqlar təşkil olunub.

Məsələylə bağlı Bərdə rayon təhsil şöbəsindən bildirilib ki, məktəbin acınacaqlı vəziyəti ilə bağlı Təhsil nazirliyinə və digər aidiyyəti dövlət orqanlarına məlumat verilib. Bu il təhsil nazirliyinin müaviq qurumu tərəfindən məktəbə baxış keçirilib. Yini binanın tikintisi planlaşdırılıb.

ARANTV.AZ  xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

 

Daha çox xəbərlər