Gürcüstan mətbuatı Prezident İlham Əliyevin Rusiyanın KİV rəhbərləri ilə görüşündən yazır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə TASS agentliyində görüşü Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
ARANTV.AZ xəbər verir ki, “24news.ge”, “interpress.ge” və “aktual.ge” informasiya portalları Azərbaycan Prezidentinin çıxışına və “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyana tutarlı cavabına xüsusi yer veriblər.
Xəbərlərdə Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə qayıdışın ilkin mərhələsi, Milli Məclisin deputatlarının AVRONEST PA-nın iclasındakı iştirakı və digər məsələlər barədə fikirləri əksini tapıb.





