Ukrayna Müdafiə Nazirliyi Rusiyanın itkilərini açıqladı
“Rusiya qoşunları Ukraynaya hücum zamanı ciddi itkilər verir”.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” hesabında qeyd olunub.
Bildirilib ki, 25 fevral yerli vaxtla saat 03:00-a qədər Rusiya ordusunun yeddi təyyarəsi, altı helikopteri, 30-dan çox tankı, 130 zirehli döyüş maşını məhv edilib.
Həmçinin Rusiya ordusunun 800-ə yaxın hərbçisinin öldürüldüyü qeyd olunub.
Mənbə: Segodnya.ua

