Siyasət 

Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir.

Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti haqqında qarşılıqlı Bəyannamə və bu Bəyannamənin Azərbaycanın təhlükəsizliyi üçün daha bir rəsmi zəmanət alması, əfsuslar olsun ki, bəzi sapı özümüzdən olan baltaları, yəni özünü cəbhəçi, müsavatçı adlandıran antimilli qüvvələri çox narahat edir. Ona görə də onlar, insanlar arasında doğru olmayan fikirlərin yaranması üçün əsassız, məsuliyyətsiz şəkildə yalan fikirlər ortaya atırlar. Guya, bu Bəyannamə Şuşa Bəyannaməsi ilə ziddiyət təşkil edir, Azərbaycanı Rusiyadan asılı vəziyyətə salır, Ukraynaya qarşı fəaliyyətdə Azərbaycan Rusiyanın yanındadır, dünyadan təcrid olunmuş Putin Azərbaycanla müttəfiqlik sazişinə ehtiyac duyur və s.
Lakin Bəyannamənin maddələrinə nəzər saldıqda, Şuşa bəyannaməsi ilə Moskva bəyannaməsi arasında çox ciddi fərq var. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi “Azərbaycan Respublikası ilə Türkiyə Respubikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə, Rusiya ilə imzalanmış sənəd isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” bəyannamədir. Türkiyə ilə imzalanmış sənəddə olan bir çox məsələlər Rusiya ilə imzalanmış sənəddə əksini tapmayıb. Şuşa Bəyannaməsinə görə Azərbaycan və Türkiyə xarici siyasət məsələlərini koordinasiya edirlər, bir birinə yardım göstərirlər (hərbi yardım da daxil olmaqla). Rusiya ilə imzalanmış sənəddə bunlar yoxdur.
Ən gülünc məqam orasıdır ki, iki ölkənin ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmət edən imzalanmış sənəd necə ola bilərki, Azərbaycanı Rusiyadan asılı vəziyyətə sala bilər? Təbii ki, yox, bu fikirlər əsassız və boşdur.
Ukrayna və Azərbaycan arasında olan məsələyə gəldikdə isə, Azərbaycanın bu məsələdə mövqeyi açıq şəkildə aydındır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, cənab Prezident İlham Əliyevin bu yaxınlarda Ukraynaya səfəri zamanı bu mövqe tam bir şəkildə açıq ifadə olunub.
Bu bəyannamə Rusiya ilə Azərbaycan arasındadır, ikitərəfli münasibətlərini tənzimləyir, üçüncü ölkələrə münasibəti və ya xarici siyasi kursu yox. Bu bəyannamə rəsmi Bakının prioritet hesab etdiyi məsələlərdə prinsipial mövqe nümayiş etdirməsinə mane olmayacaq. Digər tərəfdən Azərbaycan Qoşulmama hərəkatına sədrlik edən bir ölkə kimi istər Rusiya, istərsədə Avropa İttifaqı ilə ikitərəfli qaydada əməkdaşlıq edəcək, heç bir ittifaqın, birliyin üzvü olmayacaq. Çünki Azərbaycan Müstəqil xarici siyasət kursunu dahada gücləndirir.
Azərbaycan üçün belə bir sənədin imzalanması daha çox vacibdir, Rusiya bu bəyannamədə Azərbaycanın müstəqil siyasətini təsbit edir, bununla da Rusiya üzərinə böyük öhdəlik götürür. Yəni Rusiyanın Azərbaycana təsir imkanı azalır və Azərbaycan isə əlavə təminatlar almaqda daha da güclənir. Bu Azərbaycanın daha bir Diplomatik uğurudur.
Görünən odur ki, antimilli qüvvələrin iddiaları əsassızdır, qarayaxmadır və müttəfiqlik qarşılıqlı fəaliiyəti haqqında Bəyannamə barədə məqsədli şəkildə şər kampaniyası həyata keçirilməkdədir. Bu kampaniya ilə yalnız imzalanmış sənəd əleyhinə deyil, həmçinin Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurulması, radikal müxalifətin vasitəsi ilə insanlarda fikir çaşqınlığı yaratmaq niyyətindədirlər. Bunu da ancaq ermənipərəst, erməni lobbisi və hakimiyyət xülyası ilə yaşayan radikal müxalifət edir.
Ülvi Yunisoğlu.

Daha çox xəbərlər