Azərbaycana qarşı informasiya terroru: ermənilərin Beynəlxalq Araşdırmaçı Jurnalistika Konsorsiumunun (İCİJ) rəhbərliyində təmsilçiliyi
Azərbaycan dövlətinin qlobal “araşdırma” şəbəkəsinin ardıcıl və əsas hədəfinə çevrilməsində erməni faktorunun yeri və rolu dəfələrlə qeyd edilib.
Pandora sənədlərində ən ciddi şəkildə maskalansa da, şəbəkənin arxasında erməni lobbisinin durmasını aşkarlamaq mümkündür.
Bu dəfə diqqəti cəlb edən, Pandora sənədlərinin hazırlanmasında ermənilərin sadəcə iştirakı deyil, məhz prosesə rəhbərlik etməsi, 44 günlük müharibə meydanında məğlubiyyətə rəğmən -informasiya müharibəsində total hücuma və revanşa, “səlibçi jurnalist”(Anna Şifrin), və haker yürüşünə ən ciddi şəkildə start verilməsinin siqnalı/sübutudur.
Ermənilər “Pandora qalmaqalını” açıqlayan qlobal jurnalist konsorsiumunun -İCİJ- rəhbərliyinə qədər gələ bilib
Azərbaycana qarşı təşkilatlanan qlobal OCCRP şəbəkəsinin 8 direktorundan biri X. İsmayıl AŞ PA-nın ofşorlar mövzusunda növbəti qətnaməsi ilə bağlı qeyd etmişdi ki, “Azərbaycan hökuməti erməniləri çox sevir. Çünki ermənilərin işğal siyasəti hamıdan çox bizim hökumətə sərf edir. Ermənilər olmasaydı, onlar bizim torpaqlarımızı işğal etməsəydi, Azərbaycan hökuməti tənqidləri kimin boynuna qoyardı? Belə başa düşürəm ki, bu onlara sərf edir, bəhanə verir. Ona görə də bu işğala son qoymurlar.”
Zəfər tarixinin yazıldığı hazırkı dövrdə bu sözlər özünüifşa ittihamı kimi səslənir. Bununla yanaşı, erməni faktorunun sübut olunması arqument və faktlar tələb edir.
Ermənilərin ofşor qalmaqallarını hazırlayan qlobal araşdırmaçı (İCİJ) şəbəkə rəhbərliyinə gəlib çıxması
Ofşor qalmaqallarının çoxunun “P” hərfi ilə başlamasının səbəblərindən biri, araşdırmaçılığın ilk dövrdə ABŞ daxili problemləri hədəfə alan, obyektiv və qərəzsiz jurnalistika kimi böyük nüfuz qazanan ilk “Pentagon sənədləri”ndən başlayan ənənənin varisi olmaqı görüntüsünü yaratmaqdır.
Məlum olduğu kimi araşdırmaçı jurnalistika bir janr kimi ABŞ-da ölkədaxili problemlərin hədəfə alınması və ictimai rəyi cəlb etmək məqsədi ilə yaradılmışdı. Bu silsilədən olan ilk araşdırma “Pentagon sənədləri”( Pentagon papaers)olub. Əsas müəlliflərdən biri- Daniel Elsberq araşdırma üçün mötəbər mənbələri əldə etmək üçün bir neçə gün yuxusuz qalmaqla məxfi Pentaqon sənədlərinin şəklini çəkmişdir. Araşdırma hərbi-sənaye kompleksinin və “müharibə biznesinin” ifşasına həsr edilmişdi.(qeyd etmək yerinə düşər ki,D.Elsberq Julian Assanjın azad edilməsi ilə bağlı müdafiə kampaniyasının dəstəkçisidir.) Pentagon sənədləri ABŞ daxili problemlərini aşkarlayan ilk və son dosye oldu. Sovetlərin çökməsindən sonra, qlobal güclər, Qərb siyasi isteblişmenti, bütövlükdə demokratiya “ixracı” missiyasına xidmət edən (USAİD,NED,NDİ və s.) institutların qərarına əsasən araşdırma hədəfi kimi ABŞ deyil, ancaq xarici ölkələrin seçilməsinə qərar verildi.
Xatırladaq ki, hələ ABŞ hərbi sənaye kompleksinin gəlirləri və hərbi cinayətlərə həsr edilən ilk və son araşdırmada da(“Pentagon Paper”) erməni jurnalist olub. Vaşinqton Post qəzetinin redaktoru Ben Bağdikyan burada aparıcı rol oynayıb.
Xarici ölkələri hədəfə alan qlobal anti-Azərbaycançı şəbəkə məhz ilk yarandığı vaxtdan bəri ermənilər üçün böyük fürsət hesab edilib. Hələ Panama sənədlərindən sonra ölkəmizdə başqa regionlardakı kimi sabitliyin pozulacağına ümidlər böyük idi.
Yeganə məqsəd isə-Amerikada yaşayan erməni tədqiqatçı Artyom Tonoyanın bu sözləri ilə ifadə edilə bilər. “Qoy Əliyev getsin.Sonra biz hər şeyi sıfırdan başlayacağıq!”

2020-ci ildən başlayaraq,Vətən müharibəsində döyüş cəbhəsində məğlub olan dünya erməniliyi, var qüvvəsini informasiya müharibəsi cəbhəsində səfərbər edib. Araşdırmaçı şəbəkədə: ermənilər, xarici ölkələrdəki 2-3-cü nəsil kriptoermənilər,ermənipərəstlər və diasporanın muzdlularının sayı heyrətamizdir.
Şəbəkənin rəsmi tərəfdaşı olan Ermənistanın Hetq Araşdırmaçı jurnalist (Hetq (ermənicə-“İz”) təşkilatının OCCRP, İCİJ və GİJN üzvü olması məlumdur. Bu dəfəki Pandora dosyesinə Ermənistandan bu təşkilatdan əlavə jurnalistlər-Vahe Sarukhanyan və s. də qatılıb. Bunlar görünən üzvlər-ermənilərdir. Halbuki qlobal şəbəkənin haker/jurnalist heyətində aşkar görünməyən ermənilər bu dəfə daha çoxdur. Onlar ABŞ, Fransa, Hindistan, İran, Qırğızıstan və Livan erməniləridir.
İCİJ rəhbərliyində, İdarə heyətində, 2 erməninin yer alması ilk dəfədir.

Şəbəkənin 3 rəhbər şəxsindən birinin – İSİJ idarə heyəti (direktorlar şürası) üzvü Alexander Papachristounun yunan soyadına baxmayaraq, diqqət etdikdə məlum olur ki, qlobal araşdırmaçı şəbəkədə h ermənilər bu dəfə daha irəli gedib, rəhbərliyə gəlib çıxıb.Həmçinin,şəbəkəni dünya ermənilərinin maliyyələşdirməsinə də şübhə yeri qalmır.

Xüsusilə vurğulayaq ki, Alexander Papachristou bundan əvvəl – Dünya erməniliyinin “Ümumerməni fondu Hayastan, “Avrora”, Ararat, ABŞ Erməni fondu, ABŞ Assosiasiyası,saxta “Soyqırım” muzeyi, Memoriallar, Tüfenkyan və Rokfeller Arxiv Fondu və s.və i.a. daha neçə qlobal xeyriyyə fondları ilə müqayisədə ən nəhəng, maliyyə baxımdan ən zəngin və nüfuzlu təşkilatı “Yeni Şərq Fondu”nun- Near East Foundation(NEF) prezidenti olub!!
“Yeni Şərq Fondu”-NEF-1915-ci ildə qondarma soyqırım ilində, ilk prezidenti saxta soyqırım siyasətinin banisi ABŞ səfiri H.Morgentaunun olduğu, Osmanlıya qarşı yaradılan, Türkiyə, Livan və Suriya erməniləri adı ilə bütün dünyada erməniyə yardım edən milyardlarla maliyyəsi olan, çoxfunksiyalı fonddur. Dünyanın 40 ölkəsində və Ermənistanda rəsmi filialları mövcuddur.

A.Papaxristounun qlobal erməniliyin dünya siyasətinə təsirini artıq 106 ildir ki, yönəldən həmin bu fondun prezidenti olması bütün niyyətləri-onun yunan soyadlı erməni olmasını aşkara çıxarır.

Fond hazırda Azərbaycanla sərhəddəki bölgədə xeyriyyəçiliklə məşğuldur.

A.Papaxristou gerçəkdən fövqəladə bacarıqlı şəxs kimi eyni vaxtda müxtəlif postlarda çalışır. Linkedİn səhifəsinə baxsaq, o,
Nyu-York Şəhəri Vəkillər Assosiasiyasının Sayrus Vens adına Beynəlxalq Ədalət Mərkəzinin (Cyrus R. Vance Center for International Justice) icraçı direktorudur.(!?)
18 il McKenzy formatlı qlobal hüquq şirkətlərinin (Clifford & Warnke,NHC Capital) rəhbərliyində olub.
6 il Moskvada White & Case-in filialını yaradıb və işlədib. New York meri Mario C.Cuomonun siyasi (!?) müşaviri
Qlobal Medianın İnkişafının Maliyyələşdirilməsi Fondunun (Media Development Investment Fund) İdarə heyətinin üzvüdür.
Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları Proqramının və Berlindəki (!?) Bard Vətəndaş Fəallığı Mərkəzinin (Princeton University’s Near East Studies Program; Bard College’s Center for Civic Engagement) məsləhətçilər şurasının üzvüdür.
Bu hələ son deyil. A.Papaxristou 2016-cı ildə Azərbaycanı fasiləsiz tənqid hədəfi edən qlobal indekslərdə qərəzli göstəricilərlə nüfuzuna ziyan vuran Transparency International təşkilatı Katibliyinə Xüsusi Hüquq Müşaviri olaraq (Special Legal Counsel of Secretariat) gəlib çıxıb.
TI-Katibliyinin strategiyası, idarə edilməsi və əsas təşəbbüsləri ilə bağlı hüquqi və siyasi məsələlərə nəzarət edib.
Qlobal erməniliyin dünya geosiyasətinə təsiri strategiyasına uyğun olaraq, A.P.-ermənilərin “gizli silahı”-maliyyələşdirmə fəaliyyətini daha da səmərəli etmək üçün bütün dünya erməni təşkilatlarını səfərbər edib.

Sadalamaqla bitməyən vəzifələr sırasında “Avropa Komissiyasının SLAPP (Strateji Məhkəmə İşləri) (Expert Group of the European Commission against SLAPP) ekspert qrupunun üzvülüyündə də yer alan A.P. nəhayət qlobal erməni böyüklərinin siyasəti ilə Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (İCİJ-International Consortium of Investigative Journalists) rəhbərliyinə gəlib çıxıb.
Papaxristou “Ərəb Jurnalist Araşdrmaçılar Şəbəkəsinin” də rəhbərliyindədir.

Qlobal şəbəkənin başına gətirilən A.Papaxristou,təbii olaraq, tanıdığı ad-soyadı dəyişmiş (kripto)erməni, yaxud da ermənipərəst komandasını da özü ilə İCİJ rəhbərliyinə gətirib. İdarə heyətindəki daha 2 nəfər- Tony Norman, Birgit Rieck xaricdə doğulan 3-4-cü nəsil erməni, yaxud diasporanın muzdlu yazarlarıdır. Bununla bağlı faktları qlobal şəbəkə silsə də, Web arxiv saxlayıb.Məlum olur ki, Tony Norman və Birgit Rieck Hrant Dinkin ölümü ilə bağlı Türkiyədə xüsusi ezamiyyətdə olublar. H.Dinkin ölümünü islam dini terrorçuluğuna bağlayan Tony Normanın olduqca islamofob, nifrət məzmunlu yazılarına görə Tvitter onun akkauntunu bloklayıb, o isə təzəsini yaradıb.

T.Norman H.Dinkin sadəcə erməni olmasına görə dini səbəbdən öldürüldüyü fikrini irəli sürür və Birgit də onu təsdiqləyir.
Jurnalistika adı altında transmilli kiber-ordunun, informasiya terrorunun yeni formasını təşkilatlandıran fransalı erməni

Qlobal şəbəkəyə sızan, Pandora üzərində “çalışan”ermənilərin hamısı haqda ətraflı yazmağa arayış həcmi imkan vermir. Buna görə də əsasən İCİJ rəhbərliyində olanlarla bağlı məlumat verək.
Papaxristoudan sonra deyil, rəhbərlikdə statusu baxımından bəlkə də əvvəldə gələn digər maskalanmış erməni – İCİJ baş texnoloji direktoru, fransalı Pyer Romeradır (Pierre Romera -Chief technology director). Romera dünyada rəqəmsal jurnalistikanın, Fransada data jurnalizmin banisi, Fransa XİN-nin elektron diplomatiya Hub-nın–“The E-Diplomacy Hub”– yaradıcısıdır!
Dünya üzrə şəbəkədə data jurnalizmi, “hakerliyi” – məxfi məlumatların sındırılmasını öyrədən, özü də ofşorları “sındırmaqda” öndə gedən bu şəxs 2005-ci il də Ermənistanda təlimlər keçib (Kristine Aghalaryan 9:04 PM, 14 Apr 2015A Story with Numbers: Data Journalism Enters the Newsroom.Pierre Romera, from France, is a web developer and journalist.
“In Armenia I didn’t see many works except at your outlet. But I was surprised to see that there is a lot of data online for Armenia. Just by Googling a few things I found many data sets” https://hetq.am/en/article/59639).

P.Romera Tbilisidə də, Azərbaycanlı araşdırmaçılara da dərs keçib. Feminist və cinsi azlıq-LGBT fərdi olmaqla yanaşı, çoxsaylı tech-start-upların təsisçisi, proqram təminatların müəllifi-coderdir.
Bundan əlavə, ölkəmizi hədəfə alan Pandoranın tirajlaması ilə bağlı da digər erməni Alexis Ohanianın yaratdığı “Reddit”- qlobal kommunikasiya platformasında olduqca fəallıq edir.
Qlobal araşdırmaçı şəbəkə eyni məqsədli 3 (OCCRP, İCİJ, GİJN), gerçəkdə bir təşkilatdan-OCCRP-dən ibarətdir. Burada da ermənilər çoxsaylıdır
Ofşor sənədlərində ölkəmiz haqda “informasiya bombasını” partladan,saxta rəqəmləri tirajlayan əsas “araşdırmaçl” fiqurlardan biri OCCRP Qırğısıztan şəbəkəsinin (Kloop Qırqız) üzvü Aykanuş Aydarbekova “The Armenian Mirror-Spectator” saytında çox fəallıq edir.

Aykanuş yazını tək yazmayıb. Ona digər OCCRP üzvü Metyu Kupfer kömək edib. Bəs o kimdir? Metyu OCCRP Orta Asiya filialının rəhbəridir. Əcnəbi adlı 3-cü nəsil ermənidir.O, 2010-cu ildən OCCRP Qırğız şəbəkəsində rəhbərdir (36 milyonluq vardenis-martakert yolu haqda məqaləsi Armenia: The Highway Leads to Karabakh, But the Money Comes from California Matthew Kupfer Sep 6, 2017)

Məlum olur ki, Metyu Carnegie Corporation of New York mənzil qərargahının prezidenti Vartan Gregorianın yetirməsi kimi Moskva filialında çalışır. Eurasianet saytında müxbirdir. Qarabağ, Saxta soyqırım və Türkiyə mövzusunu araşdırır. Tomas de Valla birgə yazılar yazır.

Digər İCİJ üzvü,Ərəb regionu Araşdırmaçı jurnalist şəbəkəsini rəhbəri Dəniz- Denise Hassanzade Ajiri özünə etnik assuriyalı desə də, İran əsilli ermənidir. (http://www.aina.org/news/ 20191204094015.htm (my mother’s maternal aunt, Nora and her Armenian husband Jean lived with their two daughters..)

Daha dərin getdikcə, Ermənistana dost ölkələr- Fransalı, Hindistanlı, İran və s. əsilli erməni jurnalistlər ortaya çıxır. Məs., hindistanlı islamofob və ermənipərəst Rakesh Kalshian bu sıradandır.
Hibrid müharibənin yeni növü- “Leqal/ müharibələri” (Legal warfare)
“İblisin vəkilləri”-ermənilərin “insan hüquqları” adı altında “məhkəmə müharibələrinin” başında duran təşkilatları
Məlumdur ki, hibrid müharibə düşmənin bütün mümkün bütün (siyasi, iqtisadi, hüquqi, informasiya, mədəni-mənəvi və s.) üsullarla çökdürülməsi metodlarının cəmidir. Araşdırmaçılıq altında təqdim edilən qalmaqalların XXI əsrin gerçək və yeni informasiya müharibəsinin aparılma metodu olduğu məlumdur.
Bununla yanaşı bu sahədə yeni metodların da ixtirası və tətbiqi davam edir.
Ən sonunculara misal kimi məhz: “leqal/məhkəmə müharibələrin” hibrid müharibənin yeni forması olduğu ən yeni təhlillərdə geniş əsaslandırılıb.
Son illərdə dövlətçiliyə xəyanət yolunu tutanların Avropa məhkəmələrində dəstəklənməsi, araşdırmaçılıq, siyasi məhbuslar, insan haqları, böhtan və diffamasiya ilə bağlı məhkəmə işlərimizin uduzmaların başında hansı qlobal vəkillik-hüquq mafiyasının durması ilə bağlı cəmiyyətimizdə məlumat demək olar yoxdur.
Ən sonuncu – 2019-cu ildə laundramat işində böhtanla bağlı Cavanşir Feyziyevin OCCRP-yə qarşı məhkəməni uduzmasının səbəbi də budur.
Azərbaycana qarşı hibrid “məhkəmə müharibələrinin” təşkilatçısı, Livan ermənisi Amal Kluninin “Doughty Street Chambers” qlobal vəkil kontorları/mafiyasıdır. Onu tanıtmağa, beynəlxalq məhkəmə-hüquq sistemindən tutmuş, BMT-yə qədər tutduğu vəzifələri sadalamaq çox vaxt aparar.
Avropada ölkəmizə qarşı açılan, inşan haqlar ilə bağlı demək olar ki, bütün məhkəmə prosedurlarının uduzulmasında A.Kluninin (əri-Hollivud ulduzu Corc Kluninin) şəxsi nüfuzundan (Klinton,Bayden,Obama və s. şəxsi dostluğu) başqa, rəhbərlik etdiyi “Doughty Street Chambers” qlobal vəkillik təşkilatı müstəsna statusa malikdir.
Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun xüsusi müşaviri olan xanımın fəaliyyət dairəsi sonsuz, dünyanın bütün məhkəmə hüquq sistemidir (Related practice areas Business and Human Rights and Modern Slavery International Criminal Law Public International Law International Human Rights Law International Media Defence International Arbitration).
Bu xanımın qondarma erməni soyqırımı ilə bağlı “Perincek işi” məhkəməsində ermənilərə vəkilliyi də yaddaşlardadır.

2021-ci ilin Nobel sülh mükafatı verilən Mariya Ressanın da vəkili erməni Amal Klunidir

Hazırda daxildə və xaricdəki 5-ci kalonu himayəyə götürən Amal Kluninin rəhbəri olduğu beynəlxalq vəkil şəbəkəsinin Azərbaycana qarşı udduğu işlər:

Bir məqam da qeyd edilməlidir. 2018-ci ildən İCİJ Vaşinqton mərkəzi yeni ofisə köçüb və ofis Hollivud tərəfindən bağışlanılıb. Şübhəsiz ki, burada sözü gedən Hollivud ulduzlarının müstəsna rolu var.
A.Kluninin təşkilatı 18 yaşına çatmış istənilən şəxsi “5 dəqiqəyə” hüquq müdafiəçisi edə bilir.Sadəcə CV- göndərmək kifayətdir.

Amal Kluninin Azərbaycanda 5-ci kalona himayədalığı
Amal Kluninin vəkil mafiyası leqal hibrid müharibə taktika və strategiyası çərçivəsində qlobal layihə kimi hər gün genişlənməkdədir. Amal və əri, Hollivud ulduzu Corc Kluni tərəfindən təsis edilmiş insan haqları sahəsində “Kluni Ədalət Fondu” (Clooney Foundation for Justice (CFJ) – ayrıca təhlillərin mövzusudur. Fond daxilində 10-larla “insan haqları təşkilatı” bu sahəni geosiyasi təzyiq vasitəsinə çevirməklə, dövlətə qarşı çıxan 5-ci kalonun xüsusi qlobal himayəsini yaratmağa nail olub. Əsas məqsədlərdən biri – “müxalifət”çiləri sosial etiraz aksiyalarına təhrik etmə, qanun pozuntusunanail olmaq, tutulacaqları təqdirdə AİHM-ə növbəti məhkəmə işini tərtib etmək, sonrakı məərhələlərdə azad olunmalarına qarantiya verməkdir.
2021-ci il dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı və ya sonra “ahıl müxalifətçinin ”nəyin bahasına olursa iştirak “həvəsi”nin araşdırılması maraqlı faktlar ortaya qoyur. Məlum olur ki, T.Yaqublunun aksiya həvəsi – onu erməni leqal hibrid müharibə mafiyasının sığortalaması, AİHM-ə növbəti iş hazırlanması,sonda bəraətinə qarantiya alması ilə bağlıdır. Yaqublunun son illərdəki fəallığı və nəticələri onun Amal Kluni və komandasının birbaşa himayəsi altında olmasına dəlalət edir. Özünü Qarabağ qazısı adlandıran şəxsin erməni himayəsinə sığınması acınacaqlı olduğu qədər ifşa tələb edən məsələdir.
Kluni Fondu nəzdində olan “Məhkəməyə nəzarət”- “TrialWatch” təşkilatı, sitat: “Azərbaycanda xuliqanlıqda təqsirli bilinərək 4 ildən artıq müddətə azadlıqdan məhrum edilən müxalifət lideri, keçmiş jurnalist Tofiq Yaqublunun məhkəməsi monitorinqdə olan əsas işlərimizdən olub ”.

Kluni və dəstəsi, ABŞ-ın xüsusi orqanlarının qlobal layihəsi çərçivəsində Misirdə Mursini məhkəməyə çəkib, Livanda Rafiq Həririni, Ukraynada Timoşenkonun müdafiəsini təşkil edib.
Çoxlarının bilmədiyi bir gerçəyi bizim araşdırmamız ortaya çıxarıb: Amal Kluni dünyanın ən məşhur siyasi məhbusu Julian Assanjı müdafiə işinə könüllü “girişib.” O,J.Assanja Ekvador səfirliyinə qaçmağı,sığınmağı təşkil edərək onu aldadıb. Assanjın “yüksək texniki biliklərinə görə Ekvadorda hər hansı vəzifəyə təyin edilə biləcəyinə” inandırıb. Sonda….araşdırmaçı jurnalist,mega-leaks epoxasını başlayan Julian Assanjın müdafiəsindən 7 il sonra “boss”larının diktəsi ilə xaincəsinə üz çevirib.

Həbsxanada saç-saqqalı ağarmış araşdırmaçı jurnalist Assanjın Ekvador səfirliyindən sürüyüb atılan zamanında onu buraya sığınmağı təklif edən vəkili A.Kluuni artıq yoxa çışmışdı. Artıq Azərbaycandakı 5-ci kalonun müdafiəsinə və leqal hibrid müharibə aparılmasına başı qarışıb.Bu erməni(pərəst) Amalın Qərb dövlətlərinin hibrid leqal müharibə siyasətində olduqca böyük layihəsi-“fiquru” olmasına dəlalət etməklə yanaşı, müstəqil tədqiqatçıların diqqətini cəlb edib.

Əlavə: Pentagon Sənədləri araşdırmasının müəllifi D.Elsberq: J.Assanj mənim dostumdur və azad edilməlidir…

Ermənistanda Təhsil Proqramı layihəsinin təqdimatında Amal Kluni və Ruben Vardanyan

Corc Kluni ermənilərin The Aurora Prize for Awakening Humanity Xeyriyyə fondunun həmsədridir

Sosial Tədqiqatlar Mərkəzi Daxili siyasət Departamenti

