Cəmiyyət 

Moldovalı jurnalist: “Şuşada güllələnmiş evlərə ürək ağrısı ilə baxdıq”

“Güllələnmiş, pəncərələri sındırılmış bu evlərə çox böyük ürək ağrısı ilə baxdıq. İndi bu evlərdə heç kim yaşamır”.

APA xəbər verir ki, bunu Şuşada səfərdə olan Moldovanın “JurnalTV” kanalının əməkdaşı Kalen Jukovski deyib. O, müharibə dövründə sosial şəbəkələrdə yayılan videoları ürək ağrısı ilə izlədiyini bildirib:

“Həmişə Azərbaycanı dəstəkləyirdik. Nə yaxşı ki, bu şəhər və Qarabağ erməni işğalından azad edilib, bu, çox yaxşıdır”.

Qeyd edək ki, bu gün xarici KİV nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.

Nümayəndə heyətinə 12 ölkədən – Ukrayna, Moldova, Türkiyə, Fransa, Niderland, Çexiya, ABŞ, Misir, Əlcəzair, Şimali Kipr, Malayziya və Yaponiyadan 26 KİV nümayəndəsi daxildir.

Daha çox xəbərlər