Cəmiyyət 

Milli Məclisdə məsələ qaldırıldı: Ermənistan Xocalı soyqırımına görə üzr istəməlidir

Milli Məclisin iclasında deputat Musa Quliyev Ermənistanı Xocalı soyqırımına görə üzr istəməyə çağırıb.

ARANTV.AZ-ın məlumatına əsasən, Musa Quliyev bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı cinayətdir, insanlığa qarşı təhqirdir, vəhşi vandalizm, kütləvi qırğın aktıdır.

“Xocalı soyqırımı həm də erməni daşnak faşizminin mahiyyətidir, sübutudur, güzgüsüdür. Xocalı soyqırımının törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin tutulub Azərbaycana gətirilməsi və ən sərt şəkildə cəzalandırılması təmin edilməlidir”, – deyə Musa Quliyev əlavə edib.

O daha sonra bildirib:

“Ermənistan hökumətindən Xocalı soyqırımına görə faciə qurbanlarının ailə üzvlərindən, Azərbaycan dövlətindən rəsmi üzr istəməsi, belə cinayətlərin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi tələb olunmalı və sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə tutulmalıdır”.

Daha çox xəbərlər