Cəmiyyət 

Smart-kart tipli qaz sayğaclarında ən çox yaranan problemlər açıqlanıb

Ötən il “Azəriqaz” İstehsalat Birliyinə smart-kart tipli sayğaclardan yaranan problemlərlə bağlı təqribən 150 min müraciət olunub.

ARANTV.AZ  xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müraciətlər kartın bloka düşməsi, itirilməsi və kartlarda yaranan digər problemlərlə bağlı olub.

“Smart-kart tipli sayğaclarda bu tip problemlər yarana bilir, lakin sonradan ödənişli, mexaniki dediyimiz sayğaclarda bu kimi problemlər olmur”, – E. Vəliyev qeyd edib.

O əlavə edib ki, bu iki tip sayğacın yazma və işlək mexanizmi eynidir, fərqləri yalnız ondadır ki, birinci halda ödənişi öncədən, digər halda isə sonradan etmək lazımdır.

Daha çox xəbərlər