Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərini təşkil edən səhiyyə, elm və təhsil müəssisələrinin və peşəkar cəmiyyətlərin nəzərinə
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının (ETŞ) 27.09.2017-ci il tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası Qaydaları”na əsasən “Tədbirin akkreditasiya olunması üçün müraciət forması” digər tələb olunan sənədlərlə birgə təşkilatçı tərəfindən ETŞ-ə tədbirin başlanmasına qalan 8 həftədən gec olmayaraq göndərilməlidir.

