Ukrayna-Polşa sərhədi: Geri qaytarılan kişilər, ucsuz-bucaqsız növbə… – FOTO/VİDEO
Ukrayna Polşa sərhədində – Rava-Russkaya buraxılış məntəqəsində uzun növbə yaranıb.
Müharibənin təhlükələrindən yaxa qurtarıb Polşaya keçmək istəyən insanlar sərhədə toplaşıblar. Lakin heç də hər kəs sərhədi keçməyə müvəffəq ola bilmir. Xeyli maşın sərhəddən geri qaytarılıb. Buna səbəb həmin avtomobillərdə səfərbərliyə cəlb oluna biləcək kişilərin olmasıdır.
Qeyd olunur ki, avtomobillərlə yanaşı, bir çox vətəndaşlar əraziyə piyada yollanıb. Sərhədə toplananlar arasında əcnəbi vətəndaşlar da var.
Mənbə: Segoqnya.ua

