AHİK-in rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib
Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümüdür.
ARANTV.AZ xəbər verir ki, bununla əlaqədar olaraq, fevralın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.





