“Buta Airways”in Bakıdan Kiyevə uçuşu ləğv edilib
Azərbaycanın “Buta Airways” aviaşirkəti Ukrayna hava məkanının bağlanması ilə əlaqədar fevralın 28-nə planlaşdırılan Bakı-Kiyev reysini ləğv edib.
Bildirilib ki, mövcud vəziyyətlə əlaqədar olaraq, ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.
“Bütün sərnişinlərdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələri xahiş edilib” – aviaşirkətin açıqlamasında bildirilib.
– facebook.com/ButaAirways
– instagram.com/ButaAirways
– twitter.com/ButaAirways
– t.me/ButaAirways

