Dünya 

Zelenski Kiyevdən xalqa müraciət etdi: “Mən burdayam, saxta xəbərlərə inanmayın!” – VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdən xalqa müraciət edib.

Öz telefonu ilə canlı yayıma çıxan dövlət başçısı hərbçiləri silahı yerə qoymağa və təslim olmağa çağırdığı barədə məlumatı təkzib edib və bunun kimi saxta xəbərlərə inanmamağa çağırıb.

“Mən buradayam, heç yerə getmirəm, təslim olmayacağıq”, – deyə o, bildirib.

Daha çox xəbərlər