Dünya 

BMT: “Ukraynada ən azı 100 min insan öz evini tərk edib”

“Ukraynada humanitar ehtiyaclar ötən hər saat daha da artır”.

Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş “Twitter” hesabında yazıb.

“Dinc sakinlər həlak olur. Ən azı 100 min ukraynalının öz evlərini tərk etdiyi bildirilir. BMT personalı həyati-vacib kömək göstərilməsinin miqyasını genişləndirir. Onların təhlükəsizliyi və hərəkət azadlığına zəmanət verilməlidir”, – deyə A.Quterreş qeyd edib.

 

Daha çox xəbərlər