Gündəm 

Xocalıda insident! Azərbaycan ordusu ermənilərə xəbərdarlıq etdi: “Burada yaşamaq istəyirsizsə…” VİDEO

Azərbaycan hərbçiləri bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xocalı rayonu Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə səsgücləndiricilər vasitəsilə erməni dilində xəbərdarlıq edib.

“Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın! Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin! Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin! Əks halda qanunu pozanlara qarşı sərt tədbirlər görüləcək.”

Musavat.com həmin xəbərdarlıq edilən anların görüntüsünü “Caliber” kanalına ustinadən təqdim edir:

Musavat.com

Daha çox xəbərlər