Cəmiyyət 

Rusiya mediasında Xocalı faciəsi xatırlanır – FOTO

Hər il fevralın 26-da 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Xocalı şəhərində baş vermiş faciə dünyanın müxtəlif ölkələrində anılır.

Bu barədə Rusiyanın “Nezavisimaya” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, erməni silahlı qüvvələri azərbaycanlıların məskunlaşdığı bu yaşayış məntəqəsinə basqın ediblər və əməliyyat qaçmağa cəhd edən bir neçə yüz dinc sakinin ölümü ilə nəticələnib.

Müxtəlif növ silahlardan açılan atəşlə həlak olanlarla yanaşı, onlarla mülki şəxs (əsasən qadın və uşaqlar) meşələrdə donaraq ölüb.

O faciəli hadisələr haqqında çoxlu kitablar yazılıb, filmlər çəkilib, lakin bütün bunlar qanlı tarixin yaşanaraq keçmişdə qaldığını deməyə imkan vermir.

Bildirilir ki, keçmişin faciələri bütün dünya xalqları üçün dərs olmalıdır.

 

Daha çox xəbərlər