“Svobodnaya pressa” Xocalı soyqırımını əks etdirən görüntülər yayıb – FOTO
Rusiyanın “Svpressa.ru” (“Svobodnaya pressa”) xəbər saytı Xocalı faciəsinin ildönümü ilə bağlı yazı dərc edib.
“Bu il Xocalı faciəsinin – Qarabağ müharibəsi zamanı yaşayış məntəqəsinin erməni hərbçiləri tərəfindən ələ keçirilməsindən sonra Azərbaycanın Xocalı şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin 30 ili tamam olur.
Faciə bütün bu illər ərzində Azərbaycan xalqının qəlbində qanlı yara olaraq qalıb”, – deyə qeyd edilir.
Saytda həmçinin dağıdılmış Xocalı şəhərindən və soyqırımından görüntülər paylaşılıb.

