Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib – YENİLƏNİB
Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ARANTV.AZ-ın məlumatına görə, Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit veriblər.
Eyni zamanda, Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
11:58
“Bakıda saat 17:00-da Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək”.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, bu məqsədlə avtomobil yollarında da hərəkət dayandırılacaq.

