Dünya 

ABŞ vətəndaşlarını Belarusu tərk etməyə çağırdı

Dövlət Departamenti ABŞ vətəndaşlarına dərhal Belarusu tərk etməyi tövsiyə edib.

Bu barədə ABŞ-ın Minskdəki səfirliyindən məlumat verilib.

“Dövlət Departamenti ABŞ vətəndaşlarına Belarusa getməməyi tövsiyə edir və bu ölkədə olan vətəndaşlarını dərhal Belarusu tərk etməyə çağırır”, – deyə səfirlikdən bildirilib.

Qeyd olunub ki, Rusiyanın Ukraynadakı hərbi fəaliyyəti ilə əlaqədar regiondakı vəziyyətin gedişatını proqnozlaşdırmaq mümkün deyil. Buna görə də hava limanlarının və buraxılış məntəqələrinin fəaliyyəti qabaqcadan xəbərdarlıq edilmədən dəyişə bilər.

Daha çox xəbərlər