Bir qrup azərbaycanlı Ukraynadan Moldovaya keçib
“Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib”.
ARANTV.AZ xəbər verir ki, bu barədə Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov mediaya məlumat verib.
O bildirib ki, soydaşlarımızın qarşılanması və yerləşdirilməsi barədə Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat verilib:
“Sonuncu bir neçə gün ərzində 500 nəfərə yaxın adam gəlib. 80-100 nəfərlik qruplar toplanır. Onlara maşın təşkil edilərək Kiyevə gətirilir, yerləşdirilir. Məsələ ilə bağlı səfirliklə birlikdə çalışırıq. Hazırda səfirlik soydaşlarımızın viza problemlərini həll etməyə çalışır. Uçuşlar Rumıniyadan İstanbuladır. Bu səbəblə viza önəmlidir. Bu gün ərzində daha 25 nəfər göndərilib. Təxliyə bu şəkildə davam edəcək”.

