Dünya 

Rusiya nümayəndə heyəti ukraynalı həmkarlarına görüş üçün vaxt verdilər – YENİLƏNİB

Rusiya nümayəndələri bu gün saat 15:00-a qədər Qomeldə (Belarus) görüşlə bağlı razılığa gəlmək üçün Ukraynadan təsdiq gözləyəcəklər.

Bunu Rusiya Federasiyasının nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

11:28

Rusiya prezidentin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün artıq Belarusa gedib.

Onun sözlərinə görə, nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil olub.

“Biz bu danışıqları Qomeldə başlamağa hazır olacağıq”, – sözçü bildirib.

Daha çox xəbərlər